MEH
MEH
MEH

Rəhbərlik

Bioqrafiya

1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə ilə) almışdır. 2015-ci ildə İsveçin Məlmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetinin "Dəniz hüququ və siyasəti" ixtisası üzrə magistr dərəcəsini (fərqlənmə ilə) bitirmişdir.

Əmək fəaliyyəti

  • 2008-2018-ci illərdə Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.
  • 2018-2026-cı illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdir müavini və həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Dünya Dənizçilik Universitetini birinciliklə bitirdiyinə görə Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi tərəfindən "Chancellor Medal" mükafatına, Dövlət Dəniz Administrasiyasındakı fəaliyyətinə görə isə "Donanmanın fəxri işçisi" döş nişanına layiq görülmüşdür.