D-8 MEC Milli Koordinatorlarının Məsləhət Şurasının (ACNC) Birinci İclası
İki gün davam edəcək iclas çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətləri və qarşıdakı dövr üzrə prioritetləri, eləcə də növbəti iki il üçün Fəaliyyət Planı müzakirə…
Süni İntellekt Dəstəkli Jurnalistika və Rəqəmsal Media İnnovasiyaları
D-8 üzv ölkələrin media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir texnoloji yeniliklərə uyğunlaşmasının dəstəklənməsi məqsədilə keçiriləcək intensiv təlim.
Media Excellence Hub D-8 üzv dövlətləri arasında media innovasiyasını, peşəkar inkişafı və məsuliyyətli jurnalistikanı dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq platformadır.
Beynəlxalq əməkdaşlıq
D-8 ölkələri arasında media sahəsində strateji tərəfdaşlıqların qurulmasını təşviq edir.
Peşəkar inkişaf
Jurnalistlər üçün təlimlər, seminarlar və sertifikat proqramları təşkil edir.
Media tədqiqatları
Regional media mühiti üzrə analitik hesabatlar dərc edir.
21 noyabr 2025-ci il tarixində Bakıda keçirilən D-8 Media Forumunda Azərbaycanda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində strateji plan müzakirə olunub.
4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, sürətlə dəyişən informasiya mühitində etibarlı məlumat mübadiləsinin təmin edilməsi, peşəkar jurnalistikanın təşviqi və dezinformasiyaya qarşı birgə mübarizə dövlətlər arasında əməkdaşlığın vacib istiqamətlərindəndir.
Media Mükəmməllik Şəbəkəsi Nigeriya Respublikasının Müstəqillik Günü münasibətilə Nigeriya xalqını səmimi-qəlbdən təbrik edir.1 oktyabr Nigeriyanın müstəqillik tarixində mühüm əhəmiyyət daşıyan, milli birlik, suverenlik və inkişaf yolunda əldə olunan nailiyyətləri təcəssüm etdirən əlamətdar gündür.Bu əlamətdar gün münasibətilə Nigeriya xalqına sülh, sabitlik, rifah və davamlı inkişaf arzulayırıq.Media sahəsində beynəlxalq əməkdaşlığın, peşəkar təcrübə və bilik mübadiləsinin, həmçinin müasir media texnologiyalarının inkişafının ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə mühüm töhfə verdiyinə inanırıq.Media Mükəmməllik Şəbəkəsi Azərbaycan ilə Nigeriya arasında, eləcə də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin media qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə və media sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə böyük əhəmiyyət verir.
26–28 noyabr 2026-cı il tarixlərində Bakıda D-8 Təşkilatı üzv ölkələrinin media nümayəndələri üçün süni intellekt mövzusunda intensiv təlim proqramı keçiriləcək.D-8 Təşkilatına üzv ölkələrin media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların müasir texnoloji yeniliklərə uyğunlaşmasının dəstəklənməsi və rəqəmsal media sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə "Süni İntellekt Dəstəkli Jurnalistika və Rəqəmsal Media İnnovasiyaları" mövzusunda təlim proqramı keçiriləcəkdir.26–28 noyabr 2026-cı il tarixlərini əhatə edəcək təlimdə D-8 Təşkilatına üzv ölkələri təmsil edən 20-yə yaxın jurnalist və media mütəxəssisinin iştirakı nəzərdə tutulur.Üç gün davam edəcək proqram çərçivəsində iştirakçılara jurnalist fəaliyyətində generativ süni intellekt alətlərindən səmərəli istifadə, prompt mühəndisliyi, böyük həcmli məlumatların emalı və təhlili, süni intellekt vasitəsilə yaradılmış məzmunun və məlumatların yoxlanılması (fact-checking), eləcə də rəqəmsal platformalar üçün müasir məzmunun hazırlanması və auditoriyaya uyğunlaşdırılması üzrə bilik və praktiki bacarıqlar təqdim olunacaqdır.
22–23 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində ACNC-nin birinci iclası planlaşdırılır.22–23 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməllik Mərkəzi Milli Koordinatorlarının Məsləhət Şurasının (ACNC) birinci iclası keçiriləcək.İki gün davam edəcək iclas çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətləri və qarşıdakı dövr üzrə prioritetləri, eləcə də növbəti iki il üçün Fəaliyyət Planı müzakirə ediləcək.Tədbirdə, həmçinin Məsləhət Şurasının və İşçi Qrupun növbəti iclaslarının keçirilmə yeri və tarixlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
D-8 MEC Milli Koordinatorlarının Məsləhət Şurasının (ACNC) Birinci İclası
İki gün davam edəcək iclas çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətləri və qarşıdakı dövr üzrə prioritetləri, eləcə də növbəti iki il üçün Fəaliyyət Planı müzakirə ediləcək.
#D-8#MEC#ACNC
9 ölkəİştirakçılarBakı, Azərbaycan
Ətraflı oxu
22OKT
İclas
D-8 MEC Milli Koordinatorlarının Məsləhət Şurasının (ACNC) Birinci İclası
Bakı, Azərbaycan
İclas
22 Oktyabr 2026·Bakı, Azərbaycan
D-8 MEC Milli Koordinatorlarının Məsləhət Şurasının (ACNC) Birinci İclası
İki gün davam edəcək iclas çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətləri və qarşıdakı dövr üzrə prioritetləri, eləcə də növbəti iki il üçün Fəaliyyət Planı müzakirə ediləcək.
26NOY
Cümə axşamı · 2026
10:00 – 17:00
● YaxınlaşırTəlim
Süni İntellekt Dəstəkli Jurnalistika və Rəqəmsal Media İnnovasiyaları
D-8 Təşkilatına üzv ölkələrin media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçiriləcək təlim.
#AI#Jurnalistika#Təlim
20 jurnalistİştirakçılarBakı, Azərbaycan
Ətraflı oxu
26NOY
Təlim
Süni İntellekt Dəstəkli Jurnalistika və Rəqəmsal Media İnnovasiyaları
Bakı, Azərbaycan
Təlim
26–28 Noyabr 2026·Bakı, Azərbaycan
Süni İntellekt Dəstəkli Jurnalistika və Rəqəmsal Media İnnovasiyaları
D-8 Təşkilatına üzv ölkələrin media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçiriləcək təlim.
21NOY
Cümə · 2025
● YaxınlaşırForum
4-cü Şuşa Qlobal Media Forumu — D-8 MEC Strategiyasının Təqdimatı
D-8 Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim edilib.
#Şuşa#Forum#Strategiya
100+ iştirakçıİştirakçılarBakı, Azərbaycan
Ətraflı oxu
21NOY
Forum
4-cü Şuşa Qlobal Media Forumu — D-8 MEC Strategiyasının Təqdimatı
Bakı, Azərbaycan
Forum
21 Noyabr 2025·Bakı, Azərbaycan
4-cü Şuşa Qlobal Media Forumu — D-8 MEC Strategiyasının Təqdimatı
D-8 Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim edilib.