MEH
MEH
Media

Xəbərlər

Xəbərlər

1 oktyabr — Nigeriya Respublikasının Müstəqillik Günü qeyd olunur

01.10.2026

Media Mükəmməllik Şəbəkəsi Nigeriya Respublikasının Müstəqillik Günü münasibətilə Nigeriya xalqını səmimi-qəlbdən təbrik edir.

1 oktyabr Nigeriyanın müstəqillik tarixində mühüm əhəmiyyət daşıyan, milli birlik, suverenlik və inkişaf yolunda əldə olunan nailiyyətləri təcəssüm etdirən əlamətdar gündür.

Bu əlamətdar gün münasibətilə Nigeriya xalqına sülh, sabitlik, rifah və davamlı inkişaf arzulayırıq.

Media sahəsində beynəlxalq əməkdaşlığın, peşəkar təcrübə və bilik mübadiləsinin, həmçinin müasir media texnologiyalarının inkişafının ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə mühüm töhfə verdiyinə inanırıq.

Media Mükəmməllik Şəbəkəsi Azərbaycan ilə Nigeriya arasında, eləcə də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin media qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə və media sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə böyük əhəmiyyət verir. Bu əlamətdar gündə Nigeriya Respublikasının rəhbərliyinə və xalqına sülh, tərəqqi və firavanlıq arzulayırıq.

Müstəqillik gününüz mübarək, Nigeriya!

Videoya bax
Əlavə sənədlər