MEH
MEH
Media

Xəbərlər

Xəbərlər

D-8 üzv ölkələrinin media nümayəndələri üçün "Süni İntellekt Dəstəkli Jurnalistika" təlimi keçiriləcək

10.10.2026 Bakı, Azərbaycan

26–28 noyabr 2026-cı il tarixlərində Bakıda D-8 Təşkilatı üzv ölkələrinin media nümayəndələri üçün süni intellekt mövzusunda intensiv təlim proqramı keçiriləcək.

D-8 Təşkilatına üzv ölkələrin media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların müasir texnoloji yeniliklərə uyğunlaşmasının dəstəklənməsi və rəqəmsal media sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə "Süni İntellekt Dəstəkli Jurnalistika və Rəqəmsal Media İnnovasiyaları" mövzusunda təlim proqramı keçiriləcəkdir.

26–28 noyabr 2026-cı il tarixlərini əhatə edəcək təlimdə D-8 Təşkilatına üzv ölkələri təmsil edən 20-yə yaxın jurnalist və media mütəxəssisinin iştirakı nəzərdə tutulur.

Üç gün davam edəcək proqram çərçivəsində iştirakçılara jurnalist fəaliyyətində generativ süni intellekt alətlərindən səmərəli istifadə, prompt mühəndisliyi, böyük həcmli məlumatların emalı və təhlili, süni intellekt vasitəsilə yaradılmış məzmunun və məlumatların yoxlanılması (fact-checking), eləcə də rəqəmsal platformalar üçün müasir məzmunun hazırlanması və auditoriyaya uyğunlaşdırılması üzrə bilik və praktiki bacarıqlar təqdim olunacaqdır.

Videoya bax
Əlavə sənədlər