MEH
MEH
Media

Xəbərlər

Xəbərlər

D-8 Media Mükəmməllik Mərkəzi Milli Koordinatorlarının birinci iclası keçiriləcək

08.10.2026 Bakı, Azərbaycan

22–23 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində ACNC-nin birinci iclası planlaşdırılır.

22–23 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməllik Mərkəzi Milli Koordinatorlarının Məsləhət Şurasının (ACNC) birinci iclası keçiriləcək.

İki gün davam edəcək iclas çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətləri və qarşıdakı dövr üzrə prioritetləri, eləcə də növbəti iki il üçün Fəaliyyət Planı müzakirə ediləcək.

Tədbirdə, həmçinin Məsləhət Şurasının və İşçi Qrupun növbəti iclaslarının keçirilmə yeri və tarixlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Videoya bax
Əlavə sənədlər