Fəaliyyət / Təlimlər
Süni İntellekt Dəstəkli Jurnalistika və Rəqəmsal Media İnnovasiyaları
D-8 üzv ölkələrin media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir texnoloji yeniliklərə uyğunlaşmasının dəstəklənməsi məqsədilə keçiriləcək intensiv təlim.
D-8 Təşkilatına üzv ölkələrin media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir texnoloji yeniliklərə uyğunlaşmasının dəstəklənməsi və rəqəmsal media sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçiriləcək.
Proqramın əsas modulları:
- Generativ AI alətlərindən jurnalist fəaliyyətində istifadə
- Prompt mühəndisliyi — praktiki yanaşmalar
- Böyük həcmli məlumatların emalı və təhlili
- AI ilə yaradılmış məzmunun doğrulanması (fact-checking)
- Rəqəmsal platformalar üçün məzmun hazırlanması
- Auditoriyaya uyğun məzmun adaptasiyası
İştirakçılara sertifikat veriləcək. Proqram D-8 üzv ölkələrinin hər birindən 2–3 nümayəndənin iştirakını nəzərdə tutur.
