18 oktyabr — Müstəqilliyin Bərpası Günüdür
Media Mükəmməllik Şəbəkəsi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edir.
18 oktyabr Azərbaycan tarixinin ən əlamətdar səhifələrindən birini təşkil edir. 1991-ci ildə bu gün qəbul edilmiş Müstəqillik Bəyannaməsi xalqımızın öz müqəddaratını özünün müəyyənləşdirmək hüququnu bərpa etdi, dövlətçilik yolunda yeni bir eranın başlanğıcını qoydu.
Media Mükəmməllik Şəbəkəsi olaraq inanırıq ki, güclü, müstəqil və peşəkar media milli dövlətçiliyin əvəzsiz dayaqlarından biridir. Azad informasiya mühiti, şəffaf jurnalistika və ictimai müzakirə mədəniyyəti demokratik dövlətin möhkəmlənməsinə birbaşa töhfə verir.
MEH-in missiyası da məhz bu dəyərlərə söykənir: D-8 ölkələri arasında media sahəsində peşəkar standartların yüksəldilməsi, əməkdaşlığın gücləndirilməsi və informasiya mühitinin etibarlılığının artırılması.
Bu əlamətdar gündə Azərbaycan xalqına sülh, sabitlik, tərəqqi və firavanlıq arzulayırıq.
Müstəqilliyin Bərpası Günüz mübarək!
